Heyatı
Nəcəfov Qəşəm Mirzə oğlu - Şair, publisist - 1959-cu il aprel ayının 1-də İmişli rayonunda anadan olub. 1981-ci ildə Pedoqoji Unversitetin ədəbiyyat şöbəsini bitirib. Uzun illər orta məktəb və unversitetlərdə ali kateqoriyalı ədəbiyyat müəllimi işləyib. Hazırda Azərbaycan Yazıçılar Birliyinin "Azərbaycan" jurnalında poeziya söbəsinin müdiri, Uşaq ədəbiyyatı seksiyasının rəhbəri və "Təfəkkür" Unversitetində baş müəllimdir.
Qəşəm Nəcəfzadənin şeirləri Azərbaycanda və xarici ölkə mətbuat orqanlarında mintəzəm çap olunur. Əsərləri türk, rus, gürcü, ingilis, polyak, özbək, alman və başqa dillərə tərcümə edilib. Şairin indiyə kimi 13 şeir, 1 hekayə və 1 elmi-publisistik kitabı işıq üzü görüb.
Şair uşaq şeirlərinə görə Azərbaycan Yazıçılar Birliyinin Tofiq Mahmud adına mükafatına layiq görülüb. Tənqidcilər onun yaradıcılığını realist üsluba aid edirlər. Şairin son illər yaradıcılığında epik, modern və metofizik şeirlər də üstünlük təşkil edir.
2007-ci ildə Avropada keçirilən 38-ci Beynəlxalq Poeziya Festivalının iştirakçısı olub. Bu ilin iyul ayında Kolumbiyada keçiriləcək 18-ci Beynəlxalq Medellin Poeziya festivalına dəvət alıb.
Bu il Beynəlxalq R.Rza Mükafatına layiq görülüb.
eserleri
- 1.Sevginin sonunu deməyin mənə (şeirlər). Bakı: Yazıcı, 1990,
- 2.Yatmış dəniz şəkli (şeirlər). Bakı: Gənclik, 1991,
- 3.Bir gəlin dalğa ilə yan-yana (şeirlər). Bakı: Göytürk, 1994,
- 4.Şeirimin bəxti (şeirlər). Bakı: Göytürk, 1995,
- 5.Gülümsəyən ağac (hekayələr). Bakı: Göytürk, 1995,
- 6.Sevmək istəyirəm təzədən (şeirlər). Bakı: Göytürk, 1996,
- 7.Sən yadıma düşəndə (şeirlər). Bakı: Azərbaycan Dövlət Nəşriyyatı, 1997,
- 8.Əlvida dünyaya gələnə kimi (şeirlər). Bakı: Ozan, 1997,
- 9.Özümə doğru (şeirlər). Bakı: Azərbaycan Dövlət Nəşriyyatı, 1998,
- 10.Ömür kitabıma düzəliş (şeirlər). Bakı: Azərbaycan Dövlət Nəşriyyatı, 2003,
- 11.Və sairə (şeirlər). Bakı: Nurlan, 2004
- 12.Hüseynbala Mirələmovun ədəbi həqiqətləri (publisistika). Bakı: Yazıcı, 2005,
- 13.Qadının ölümü (şeirlər). Bakı: Vektor, 2007,
- 14.Axşam əhvalatları. (ingilis dilində), 2007,
- 15.Çevrilmə. (rus dilində), 2007.
mobil 050-524-44-91



