Reklam verin!

SAĞ OL, AZƏRİBLOQ!

Yazar: Mesiha @ İyul 21, 2008 8:56

AZƏRİBLOQUN 1 YAŞI MÜNASİBƏTİLƏ


azeriblogİlk milli bloq sistemimizin – Azəribloqun 1 yaşı tamam olur. Əlamətdar hadisədir. Və yayın bu qızmar çağında, adamın bəzən nəinki yazmağa, hətta danışmağa belə heyi olmadığı bir vaxtda bu barədə hökmən bir söz demək lazımdır. Çünki Azəribloqun yaranışı təkcə Azərbaycanın İnternet tarixində deyil, bütövlükdə ictimai-mədəni həyatında önəmli bir fakt olub. Yəni bu hadisəni yalnız texniki və texnoloji baxımdan yox, həm də və daha çox sosioloji və kulturoloji yöndən dəyərləndirmək lazımdır.
Bu bir ildə Azəribloq bizə nə verdi?

Bu sualı cavablandırarkən, İnternetdən istifadənin genişlənməsi və kütləviləşməsindən tutmuş ana dilimizin daha da gəlişməsinə qədər ən müxtəlif məsələləri vurğulamaq olar.
Azəribloq virtual məkanda müəyyən əraziyə sahiblik imtiyazını idarə və təşkilatların, görkəmli şəxslərin inhisarından çıxardı və bu imkanı millətimizin hər bir fərdinin, hər bir sıravi vətəndaşın ixtiyarına verdi. Bu faktın insanlarımızın həyat tərzi və düşüncəsində nə kimi pozitiv dəyişikliklər doğurduğunu geniş şəkildə incələməyə, məncə, lüzum yoxdur.
Azəribloq dünya şəbəkəsində Azərbaycanın səsidir. Təbii ki, sistemin inkişafı, istifadəçilərin sayının artımı ilə bu səs daha gur eşidiləcək, daha rəngarəng və çoxçalarlı olacaq. Və elə bir gün gələcək ki, Azəribloq dünyanın ən məşhur, istifadəçilərinin sayı milyonlarla hesablanan analoji sistemləri ilə bir sırada dayanacaq. Buna hər birimiz inanmalı və çalışmalıyıq.
Azəribloq həm də Azərbaycanın Güneyi ilə Quzeyinin qovuşduğu bir məkandır. Bu sistemdə Güneydən olan istifadəçilərin sayı durmadan artır. Və Azəribloqun sayəsində biz Güneydəki soydaşlarımızın fikir və düşüncələri, dəyərli qələm adamlarının yaradıcılığı ilə daha yaxından tanış ola bilirik. Eləcə də əksinə.
Ən nəhayət, bu bir ildə Azəribloq bizim hər birimizə yeni dostlar və tanışlar qazandırdı. Hətta illərdir tanıdığımız insanları bizə yenidən, tam fərqli cəhətdən tanıtdırdı. Bir misal çəkim: istedadlı yazıçı-jurnalist, Nəsimi Milli Ədəbiyyat Müsabiqəsinin qalibi Jalə İsmayılı mən çoxdan, hələ onun tələbə olduğu vaxtlardan tanıyıram, amma Jalə xanımın bədii yaradıcılıq nümunələrini məhz Azəribloqda oxumuşam. Bura Azəribloq vasitəsilə tanıdığım digər yazarların və maraqlı insanların adlarını da əlavə edə bilərəm.
Bütün bu deyilən və deyilməyən xidmətlərinə görə, məncə, hamımız bir ağızdan: «Sağ ol, Azəribloq!» - söyləyə bilərik. Və bu «sağ ol»un ən böyüyü, təbii ki, Azəribloq idarə heyətinin, özəlliklə hörmətli Fərhad Əsgərzadənin payına düşür.
Bu xoş yubiley münasibətilə mən Fərhad bəyi və onun həmkarlarını, dəyərli Azəribloq istifadəçilərini, bir sözlə, hamımızı ürəkdən təbrik edirəm.

OVQAT | Şərhlər(3)
Baxış sayı: 130
Açar sözlər:
Bookmark and Share

1
Şəbnəm yazıb:

Çox sağ olun, Məsiağa bəy!
Mən də təbrikə qoşuluram. Bloqumuzu, bloqun yaradılışında, inkişafında əməyi keçənləri, bloqçuları təbrik edir, uğurlar, irəliləyişlər arzu edirəm. Hər zaman Azeribloqun xoş sədalarını eşitmək diləyi ilə, hörmətlə Həsənəlizadə Şəbnəm..

İyul 22, 2008 16:38

2
the İmage yazıb:

Məsiağa müəllim,

Bloquma yazdığınız şərh üçün çox sağ olun. Zatən bu yazınız məni həmin o yazımı qələmə almağa həvəsləndirdi.
Xebername üçün də çox sağ olun. İncimək nədir...smile)?

İyul 25, 2008 2:10

3
orxan92 yazıb:

Salam. Salam sizin yazınız xoşuma gəldi. İnsallah AzeriBlog genislener ve butun Azerbaycani yox dunyani ehate eder. Sizə dərin minnətdarlığımı bildirirəm.

Avqust 17, 2008 11:40


Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha